Ana Sayfa > Karusel / İdman / M2 > AFFA daha bir futbolçunu milliləşdirir

AFFA daha bir futbolçunu milliləşdirir


3-07-2019, 10:26. Yazar: Xeberaz

AFFA daha bir türkiyəli futbolçunu milliləşdirmək niyyətindədir. “Qafqazinfo” xəbər verir ki, bu “Kayserispor”un futbolçusu Hasan Hüseyindir. 
25 yaşlı yarımmüdafiəçi özü də bu barədə açıqlama verib: “Azərbaycandan təklif almışam. Düşünürəm və bu məsələyə müsbət baxıram. Millidə oynamaq hər kəsin arzusudur. Türkiyə millisində çıxış etmək istəyərəm, amma Azərbaycan yığmasında oynamaq da qürurverici olar”.
Qeyd edək ki, “Əskişəhərspor”un yetirməsi olan Hasan Hüseyin Acar 2011-ci ildən ötən ilə qədər bu klubda çıxış edib. O, 2015 və 2016-cı illərdə müvafiq olaraq “Göztəpə” və “Tokatspor”da icarə əsasında oynayıb. Ötən mövsüm "Kayserispor"un heyətində Superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 assistlə yadda qalıb. “Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Hasan 2013-cü ildə Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edib.
Geri dön