Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda sərxoş sürücü DYP maşınına və avtobusa çırpılıb aşdı

Bakıda sərxoş sürücü DYP maşınına və avtobusa çırpılıb aşdı


3-07-2019, 09:51. Yazar: Xeberaz
Bakıda sərxoş sürücü DYP maşınına və avtobusaçırpılıb aşdı

Bakıda yol qəzası baş verib.
"Xəbəraz.Az" "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb.
Belə ki, Nargilə restoranının qarşısında yüksək sürətlə hərəkətdə olan avtomobil əvvəlcə minik avtomobili ilə toqquşub. Daha sonra DYP avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.
İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Geri dön