Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / M2 / Müsahibə > “Ərim toylara getməyimə icazə vermir”

“Ərim toylara getməyimə icazə vermir”


2-07-2019, 12:40. Yazar: Xeberaz
“Ərim toylara getməyimə icazə vermir”

“Hər kişinin dünya görüşü fərqli olur. Qadınlar həyat yoldaşının dilini tutmağı bacarmalıdır. Addımı atanda bilirsən ki, onun bu hərəkətdən xoşu gəlir, ya yox!.Xoşa gəlməyən hərəkətlə uçuruma getdiyini bilirsən, demək ki, bilərəkdən edirsən. Ailənin təməlli olmağını istəyirsənsə, bəlli şeylərə sərhəd qoymalısan”. 
“Xəbəraz.Az” xəbər verir ki, bu sözləri Əməkdar artist Bəyimxanım Vəliyeva “Boş anlar” proqramında qonaq olarkən deyib.  Tanınmış xanəndə verilişdə həyat yoldaşının ona qoyduğu qadağalardan söhbət açıb. 5 uşaq anası olan sənətçi toylara getmədiyini bildirib:
“Özüm ağır təbiətli insanam. Geyimlərimə də diqqət edirəm.  Evlənməzdən öncə toya gedirdim. Evlənəndən sonra yoldaşım toya getməyimi istəmədi, mən də getmirəm. Əlbəttə, bu, maddi olaraq yaxşı idi, indi də olsaydı ailəyə dəstək olardım. Ona görə də, bəzi nüanslardan keçməlisən. Bu zaman iddialarım ikinci plana keçir”. 
B. Vəliyeva proqramda estetik əməliyyata müraciət edən xanımlardan da danışıb: “Süniliyi sevmirəm. Amma bəlli yaşdan sonra ehtiyac olsa, elətdirmək olar. Dodaq dolğusu və s. Yox, xırda bir prosedurlar ola bilər. Heç sevmirəm, hamı eyni olub.  Dodaq, yanaq, qaşlar... Hər yaşın öz gözəlliyi var. Gənc qızlardır, amma süni görünürlər. Kiprik, qaynaq, qaş, daha nələr edirlər.  Bəylərimiz təbii xanımları sevirlər”.


Geri dön