Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Fotogalereya > Bu mağazalar keyfiyyətsiz məhsullar satır – SİYAHI

Bu mağazalar keyfiyyətsiz məhsullar satır – SİYAHI


24-07-2015, 17:52. Yazar: Xeberaz
Bu mağazalar keyfiyyətsiz məhsullar satır – SİYAHI
Nazirlik məlumat yaydı.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Suraxanı rayonunda

- Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində Vüqar Əliyevə məxsus mağazada;

Sabirabad rayonunda

- Cavad kəndində Namiq Əhmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Sabunçu rayonunda

- Ramana qəsəbəsində E.Məhərrəmli küçəsində Əhməd Niftəliyevə məxsus mağazada;

Bərdə rayonunda

- Güloğlular kəndində Aqil Qurbanova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

- Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 13 ünvanında Teymur Şərbətova məxsus mağazada;

Qaradağ rayonunda

- Lökbatan qəsəbəsində Nəcəf Tahirliyə məxsus mağazada;

Suraxanı rayonunda

- Yeni Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 23 ünvanında Pərviz İlyasova məxsus mağazada;

Sabunçu rayonunda

- Maştağa qəsəbəsi, Nizami küçəsi, 388 ünvanında Rüstəm Fəttahova məxsus mağazada;

Sabirabad rayonunda

- Moranlı kəndində Niyaməddin Zeynalova məxsus mağazada;

Quba rayonunda

- Talabıqışlaq kəndində Bəhram İdrisova məxsus mağazada;

Şabran şəhərində

- R.Behbudov küçəsində Elnur Məbudova məxsus mağazada;

Lənkəran şəhərində

- Koroğlu küçəsi, 86 ünvanında Rəşad Rəhimliyə məxsus mağazada;

Oğuz rayonunda

- Kərimli kəndində Qəşəm Əhmədova məxsus mağazada;

Şəki şəhərində

- H.Əliyev prospektində Ruhiyyə Həsənovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xatırladaq ki, istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Geri dön