Ana Sayfa > Karusel / Gündəm > İsrafil Məmmədov vəfat etdi
İsrafil Məmmədov vəfat etdi25-06-2019, 11:53. Yazar: Xeberaz |
Azərbaycanın tarix elmləri namizədi, görkəmli alim İsrafil Məmmədov dünyasını dəyişib. Xəbəraz.Az xəbər verir ki, tanınmış tarixçi 92 yaşında vəfat edib. Qeyd edək ki, İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya köçüb, dəfələrlə infarkt keçirib, görmə qabiliyyətinin 80%-ni itirib. O, azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Allah rəhmət eləsin! Geri dön |