Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı

“Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı


24-06-2019, 16:37. Yazar: Xeberaz
Fövqəladə Hallar Nazirliyi “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd hadisəsi barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bu gün Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.
Geri dön