Ana Sayfa > Karusel / Gündəm / Hadisə > İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü

İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü


24-06-2019, 13:26. Yazar: Xeberaz
İyun ayının 22-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
 
DİN-in mətbuat xidmətindən Xəbəraz.Az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 10 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Geri dön