Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > Müğənni və ailəsi də "Megafun"da xəsarət aldı:"Dəhşət idi..."

Müğənni və ailəsi də "Megafun"da xəsarət aldı:"Dəhşət idi..."


23-06-2019, 10:04. Yazar: xeber

 Bakının Xətai rayonunda yerləşən "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində xəsarət alan 10 nəfər arasında müğənni Ayan Babakişiyeva da olub.

 
O,hadisə haqqında sosial şəbəkədə yazıb. İfaçı bildirib ki, xəsarət aldığı üçün ailə üzvləri ilə birlikdə xəstəxanaya yerləşdilən müğənni artıq evə buraxılıb: "Bugünkü yanğında mən və ailəm də orda idik. En yaxın rəfiqəmin özəl günü idi. Mən həyatımda ən dəhşətli günü yaşayıram. O partlayış nə idi? Selena, anam, mən və ən yaxınlarım xəsarət alıb. Sadəcə bir möcüzə qurtardı hər kəsi. Restoranın FHN sularının açılması... Günah ora gələn animatorlarda oldu. Tək mənim balam yox, hər kəsin övladı xəsarət aldı. Xəstəxanadan indi gəldik evə. Allaha çox şükür deyirəm".
Geri dön