Ana Sayfa > Karusel / Gündəm > Ali Məhkəmə sədrinin maaşı artırılır-"3712 manat"

Ali Məhkəmə sədrinin maaşı artırılır-"3712 manat"


21-06-2019, 16:52. Yazar: Xeberaz

Ali Məhkəmənin sədrinin maaşı artırılır.

Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinə dəyişiklik olunur. Qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişikliklə Ali Məhkəmə sədrinə Milli Məclisin sədrinin aylıq vəzifə maaşı həcmində aylıq pul təminatı veriləcək.


Bundan əvvəl Ali Məhkəmənin sədrinə 2280 manat aylıq vəzifə maaşı verilirdi.

Hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 3712 manatdır.
(Lent.az)
Geri dön