Ana Sayfa > Karusel / Gündəm > Salyanda 13 və 16 yaşlı iki qardaş Kür çayında batıb

Salyanda 13 və 16 yaşlı iki qardaş Kür çayında batıb


21-06-2019, 16:16. Yazar: Xeberaz

Bu gün günorta saatlarında Salyan rayonunun Noxudlu kəndində Kür çayında iki qardaş böğulub.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Kür çayında çimmək istəyən kənd sakinləri olan iki qardaş – 13 yaşlı Ramal Seymur oğlu Sadıqov və 16 yaşlı Rəvan Seymur oğlu Sadıqov batıblar.
Hazırda hadisə yerinə gələn FHN-nin dalğıc-xilasediciləri çayda batmış uşaqların cəsədlərinin axtarışlarına başlayıblar.
Geri dön