Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Vəzifəsindən azad olunan Usubovun son əmri - Generalı təqaüdə göndərdi
Vəzifəsindən azad olunan Usubovun son əmri - Generalı təqaüdə göndərdi21-06-2019, 11:11. Yazar: Xeberaz |
R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib. E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə, nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləyib. Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan general Elxan Həsənov peşəkar polis zabiti kimi tanınıb.(qafqazinfo) Geri dön |