Ana Sayfa > Karusel / Gündəm > Azərbaycada 26 yaşlı oğlan 48 yaşlı qadınla qaçdı

Azərbaycada 26 yaşlı oğlan 48 yaşlı qadınla qaçdı


18-06-2019, 14:09. Yazar: Xeberaz
Azərbaycada 26 yaşlı oğlan 48 yaşlı qadınla qaçdı - FOTO

Azərbaycada 26 yaşlı oğlan 48 yaşlı qadınla qaçıb. 

Bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan ana deyib. 

O bildirib ki, oğlum ona ilişib, qadından ayrıla bilmir:

"Oğlum evə gəlir, 10 gün qalır. 10 gün ərzində dalbadal zənglər gəlir. Oğlumun psixoloji problemləri var. Xəstəxanada da qeydiyyatdadır. Qadın qonşumuz olan Sergey ilə yaşayır. Sergey və qadın içki düşkünüdür. Oğlumu qadından ayırıb, onun müalicə edilməsini istəyirəm. Mən onu zülmlə böyütmüşəm. Əgər istədiyim olmasa, studionun qarşısında son nəfəsimi verəcəyəm".

Aysel Yusifqızı
Azərbaycada 26 yaşlı oğlan 48 yaşlı qadınla qaçdı - FOTO


Geri dön