Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt > Azərbaycanlı aparıcı qarət olundu - Foto

Azərbaycanlı aparıcı qarət olundu - Foto


18-06-2019, 11:50. Yazar: Xeberaz

Televiziya aparıcısı Asif Bağırovun avtomobili qarət olunub. 
O, bu barədə sosial şəbəkədə yazıb.
A.Bağırovun sözlərinə görə, hadisə ötən gecə onun yaşadığı evin həyətində baş verib. Oğrular maşının şüşəsini sındıraraq, videoregistratoru aparıblar. Maşında olan bank kartına və digər qiymətli əşyalara toxunulmayıb.
O, son vaxtlarda iki dəfə avtomobilinin, altı dəfə iş yerinin qarət edildiyini qeyd edib.

Geri dön