Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda çimərlikdə FACİƏ: 15 yaşlı uşaq dənizdə batdı

Bakıda çimərlikdə FACİƏ: 15 yaşlı uşaq dənizdə batdı


18-06-2019, 11:21. Yazar: Xeberaz


Bakıda 15 yaşlı uşaq dənizdə boğulub.
Hadisə paytaxtın "Şıx" çimərliyində baş verib.
Bakı şəhər sakini, Malışeva İlhamə Firudin qızı sevgilisi Eduard Qvenadze, övladları - Vaqin Andreyev, Umar Malışev və qızı Aleksandra Rəhmanova ilə birlikdə "Şıx" çimərliyindəki kafelərdən birinə gəliblər. Bir müddətdən sonra uşaqlar dənizdə çimərkən 2004-cü il təvəllüdlü V.Andreyev dənizdə batıb.
Təxminən 20-25 dəqiqədən sonra V.Andreyevin boğulmuş meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.

Geri dön