Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanlı aktrisa: “O kişiciklərin söhbətlərindən iyrəndim”

Azərbaycanlı aktrisa: “O kişiciklərin söhbətlərindən iyrəndim”


13-06-2019, 16:03. Yazar: Xeberaz


Aktrisa Mehin Hümbətova şəhər restoranlarının birində qadınlar haqqında əxlaqsız ifadələr işlədən kişilərlə dalaşıb.
O bu haqda sosial şəbəkədə məlumat yayıb: “Mərkəzdə yerləşən məşhur məkanların birində rəfiqəmlə oturmuşduq. Yan masada 4 “kişi” çox iyrənc mövzularda yüksək səslə qeybət edirdilər. İntim həyatlarından bəhs edirdilər. Sözün həqiqi mənasında gedən söhbətlərdən iyrəndim. Azərbaycan kişisi bu deyil axı. Bu nə cılızlaşmadır belə?! Yüksək səslə yaşadıqlarını fəxrlə danışmaq ən ucuz hərəkətdir. Hələ görürsən ki, yan masada xanımlar oturub, mərifətin, qanacağın olsun, ay şəxsiyyətsiz. İlk dəfə idi belə söhbətlərin şahidi olurdum”.
Mehin qarşılaşdığı olaydan sonra məkanı tərk etdiyini deyib: “Dərhal hesabı ödəyib, “kişicik”lərə çox mədəni formada sözümü dedim və məkandan çıxdım. Şokdan bir kəlmə belə deyə bilmədilər. Vallah, biz belə görməmişik. Bizim qeyrətli, ağzıbütöv, şəxsiyyətli, mərd oğullarımız var. Bəs bu “göbələk”lər harada yetişirlər belə?! Kaş, belələrini cəmiyyətdən silməyin bir yolu olardı. Kaş, kökləri kəsiləydi. Cəmiyyətə övlad bəxş edə bilməyəydilər. Bu millət yazıqdır”.
Geri dön