Ana Sayfa > Karusel / Gündəm / Hadisə > İqbal Ağazadə meyiti tapılan əmisi oğlundan danışdı: "Biznesmen idi..."

İqbal Ağazadə meyiti tapılan əmisi oğlundan danışdı: "Biznesmen idi..."


13-06-2019, 15:14. Yazar: Xeberaz



Ümid Partiyasının sədri İqbal Ağazadə əmisi oğlunun ölümündən danışıb.
O, açıqlamasında bildirib ki, 49 yaşlı əmisi oğlu Abbasov Loğman Xudam oğlunun cənazəsi iş yerinin yaxınlığında tapılıb.
O diqqətə çatdırıb ki, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb: "Loğman Abbasov ürək tutmasından dünyasını dəyişib. Mərhunm iş yerinin yaxınlığında ürək çatışmazlığından dünyasını dəyişib. Ölümündə hər hansı kriminal iz yoxdur".



Geri dön