Ana Sayfa > Karusel / Gündəm / İdman > "Ağlamamışam, tərimi silirdim" -Şeydayev

"Ağlamamışam, tərimi silirdim" -Şeydayev


13-06-2019, 11:23. Yazar: Xeberaz


Azərbaycan millisinin üzvü Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına Bakıdakı 1:5 hesablı məğlubiyyətə görə üzr istəyib.
O, bu barədə özünün Feysbuk hesabında yazıb.

Yığmanın matçdakı yeganə qolunun müəllifi sosial şəbəkələrdə yayılan və oyun sonrası müsahibə zamanı ağladığını göstərən epizodda, sadəcə, tərini sildiyini əlavə edib:

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz.

P.S. Düzdü, çox üzülmüşdüm, amma intervyuda ağlamamışam, tərimi silirdim", - Şeydayev yazıb.

Geri dön