Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV / Gənclərimiz > Yol polisinin tələbəsi Moskvada ermənini məğlub etdi - FOTO - VİDEO

Yol polisinin tələbəsi Moskvada ermənini məğlub etdi - FOTO - VİDEO


11-06-2019, 14:20. Yazar: Xeberaz
Yol polisinin tələbəsi Moskvada ermənini məğlub etdi - FOTO - VİDEO
Ramazan Abdullayev 5 qat dünya çempionu Tural Bayramov və Ziya Bayramovun tələbəsidir

Rusiyanın paytaxtı Moskvada kikboksinqin K1 növü üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. 
Xəbəraz.Az Avtosfer.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı Ramazan Abdullayev təmsil edib.  57 kq çəki dərəcəsində çıxış edən idmançımız erməni David Qriqoryanla qarşılaşıb. Döyüşün bütün raundlarında rəqibindən üstün olan R. Abdullayev 3:0 hesabı ilə inamlı qələbə qazanıb. 
R.Abdullayev  erməni rəqibi üzərində qələbə çaldığına görə çox sevindiyini, xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə fəxr etdiyini bildirib.
Qeyd edək ki, R. Abdullayev K1 İctimai birliyinin ve "Best of the Best promotion group"un yetirməsidir. İdmançının müəllimi isə "K1 World Gran Pri"lərinin qalibi, "KOK dünya kəməri"nin sahibi, 5 qat dünya çempionu Tural Bayramovdur. Tural bayramov həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır. 


Geri dön