Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xarici vətəndaş “Ege hospital”dan tibbi yardım alan zaman ölüb

Xarici vətəndaş “Ege hospital”dan tibbi yardım alan zaman ölüb


10-06-2019, 16:26. Yazar: Xeberaz


“Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.
Hospitaldan daxil olan açıqlamada deyilir ki, Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb: “Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb.
Xatırladaq ki, Yadrişnikova Lyudmila Rusiyada onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiyada edilən tibbi müdaxilələr dayandırılıb”.
Ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön