Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Əri tərəfindən boğazı kəsilən tibb bacısı dünən evdən gedibmiş və... - TƏFƏRRÜAT

Əri tərəfindən boğazı kəsilən tibb bacısı dünən evdən gedibmiş və... - TƏFƏRRÜAT


10-06-2019, 13:08. Yazar: Xeberaz

Bakıda Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı 1981-ci il təvəllüdlü Faiq İbrahimov tərəfindən boğazı kəsilən 1978-ci il təvəllüdlü tibb bacısı Xavər İbrahimovanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Əri tərəfindən öldürülən qadın ailə münaqişəsi zənnində dünən evdən çıxıb. Bu gün səhər saatlarında isə həyat yoldaşı onu işlədiyi xəstəxananın həyətində gözləyib. Tibb bacısı iş yerinə çatdıqdan sonra tərəflər arasında münaqişə baş verib. Bundan sonra isə Xavər İbrahimovanın həyat yoldaşı cibindən bıçağını çıxararaq onun boğazını kəsib.

Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı APA yayıb.
Geri dön