Ana Sayfa > Karusel / Gündəm > Bu gün TV və radio işləməyəcək

Bu gün TV və radio işləməyəcək


10-06-2019, 09:36. Yazar: Xeberaz
Bu gün TV və radio işləməyəcək
Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.
Xəbəraz.Az-ın məlumatına görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq. Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da keçiriləcək.
Geri dön