Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bərdədə partlayan yük maşınında yaralananlar Bakıda öldülər

Bərdədə partlayan yük maşınında yaralananlar Bakıda öldülər


8-06-2019, 11:47. Yazar: xeber

Bərdə rayonunda baş verən yol qəzasında xəsarət 
alan iki nəfər Bakıda müalicə olunduqları xəstəxanada ölüb.

Hadisə zamanı “Qazel” markalı avtomobildə olan sərnişinlər 1983-cu il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin vəziyyətləri ağır olduğundan hər iki yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. 
Onların həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, iyunun 7-də Bərdənin Alpout kəndində “Qazel” markalı iki yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərinin birinin yanacaq çənində partlayış baş verib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön