Ana Sayfa > Karusel / Gündəm / M2 > Dənizə getmək istəyənlər DİQQƏT: Külək əsəcək

Dənizə getmək istəyənlər DİQQƏT: Külək əsəcək


8-06-2019, 10:51. Yazar: Xeberaz
Dənizə getmək istəyənlər DİQQƏT:Külək əsəcək

Bu gün ölkə ərazisində gözlənilən havaşəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Xəbəraz.Az"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında 28-33, Bakıda 29-31 dərəcə isti təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu aranda 32-37, dağlarda 20-25 dərəcə isti təşkil edəcək.
Geri dön