Ana Sayfa > Karusel / Gündəm / Hadisə > İki uşaq anasının dəm qazından ölmədiyi məlum oldu – Yeni faktlar

İki uşaq anasının dəm qazından ölmədiyi məlum oldu – Yeni faktlar


7-06-2019, 16:52. Yazar: Xeberaz

Paytaxtın Səbail rayonunda intihar hadisəsi qeydə alınıb.
İyunun 5-də axşam saatlarında Səid Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Orucova Sevinc Kamal qızı özünü yaşadığı evin vanna otağında asaraq öldürüb.
Yaxınlarının sözlərinə görə, S.Orucova son vaxtlar depressiyadan əziyyət çəkib.
Qeyd edək ki, Sevinc Orucova ailəli olub, 2 övladı var.
Yaxınları, mərhumu tanıyanlar sosial şəbəkə hesabından baş sağlığı veriblər.
Faktla bağlı araşdırma aparılır.
Geri dön