Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Küçənin ortasında öldürülən 3 uşaq anasının əri bu gün Rusiyadan qayıdırmış - TƏFƏRRÜAT

Küçənin ortasında öldürülən 3 uşaq anasının əri bu gün Rusiyadan qayıdırmış - TƏFƏRRÜAT


7-06-2019, 16:42. Yazar: Xeberaz
Xəbər verdiyimiz kimi, Bakıda qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.

Xəbəraz.Az unikal.org-a istinadən xəbər verir ki, hadisənin ilkin təfərrüatları öyrənilib.

Hadisə Bayılda, 20-ci sahə adlanan ərazidə Arif İsmayılov küçəsi 22 D ünvanında baş verib. Ev sahibi Zeynəb Namazova bildirib ki, 30-35 yaşlarında qadın "kömək edin" qışqıraraq qapını döyüb. Ev sahibigildə olan qonaqlar qapını açıb. Bu zaman qanın içərisində olan qadın özünü həyətə atıb. Əraziyə təcili tibbi yardım çağırılana qədər o dünyasını dəyişib. Sonra əraziyə Səbail rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Məlum olub ki, qətlə yetirilən 38 yaşlı Kəmalə Mikayılova 3 uşaq anasıdır. Mərhumun Rusiyada olan həyat yoldaşı bu gün Bakıya qayıdırmış.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön