Ana Sayfa > Karusel / Gündəm > ÇL finalında meydana daxil olmuş model cərimələndi

ÇL finalında meydana daxil olmuş model cərimələndi


7-06-2019, 10:56. Yazar: Xeberaz

Çempionlar Liqasının Madriddə keçirilmiş final görüşündə meydana çıxmış Kinsi Volanski cərimələnib.
İspaniyanın “Marca” nəşri xəbər verir ki, polyakəsilli model 15 min avro cərimələnib.
O, meydana daxil olduğu üçün 5 min avro UEFA tərəfindən, rusiyalı sevgilisi Vitali Zdorovetskinin Youtube-dakı pornoqrafiyadan bəhs edən səhifəsini qanunsuz reklam etdiyindən, İspaniya polisi tərəfindən 10 min avro cərimə ödəməyə məhkum edilib. 
Lakin bu cərimənin məbləğinin az olduğu deyilir. Çünki Volanski belə reklam sayəsində sevgilisinin səhifəsinə 4 milyon dollar pul qazandırıb.
Kinsi Volanskinin 300 minlik “Instagram” səhifəsi isə bir gecədə 2 milyon yarım təqibçi yığıb. Amma sonradan bu səhifə ləğv olunub.
Geri dön