Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, 4 nəfər yaralandı

Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, 4 nəfər yaralandı


4-06-2019, 09:48. Yazar: xeber
Hacıqabulda AĞIR QƏZA:2 nəfər öldü, 4 nəfər yaralandı

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus"KaMAZ" markalı yük maşınına dəyərək aşıb.Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.
Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.
Geri dön