Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Dollar yenə ucuzlaşdı

Dollar yenə ucuzlaşdı


24-07-2015, 12:19. Yazar: Xeberaz
Dollar yenə ucuzlaşdı


ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1487-dən 1.1515-ə qalxıb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində iki gündən sonra ucuzlaşma qeydə alınıb. Dollar 1.0495-dən 1.0494-ə enib.

Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0.0183 manatdan 0.0181-ə enib.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Geri dön