Ana Sayfa > Karusel / Səhiyyə > Bu təbii qarışıq bağırsaqlarınızı tər-təmiz edəcək

Bu təbii qarışıq bağırsaqlarınızı tər-təmiz edəcək


3-06-2019, 14:37. Yazar: Xeberaz

Hələ məşhur rusiyalı bioloq, Nobel mükafatı laureatı İlya Meçnikov (1845-1916) sübut edirdi ki, müxtəlif xəstəliklər və vaxtından tez ölümün əsas səbəblərindən biri orqanizmin yoğun bağırsaqda yığılan ziyanlı maddələrlə özü özünü zəhərləməsidir.
Bağırsaqları təmizləmək məqsədi ilə müxtəlif üsullardan istifadə olunur - aclıq, liflə zəngin olan tərəvəz salatları, tərəvəz şirələri, imalələr və s.
Rusiyalı həkim-protoloq Rusiya Elmlər Akademiyasının Mərkəzi Klinik Xəstəxanasının aparıcı mütəxəssisi həkim-proktoloq Pavel Pletner bağırsaqları təmizləmək üçün buğda kəpəyi və kefirdən istifadə etməyi tövsiyə edir.
150 ml ev temperaturunda olan kefirə (kefir olmadıqda təzə qatıqdan da istifadə etmək olar) 2 x.q. buğda kəpəyi əlavə olunur, yaxşı qarışdırılır və axşam yatmazdan əvvəl içilir.
Belə qarışığı müntəzəm olaraq həftədə 1 dəfə və ya 2 həftədən bir qəbul etmək olar.
Qarışıq həmçinin artıq çəki ilə mübarizədə də kömək edir.
(saglamolun.az)
Geri dön