Ana Sayfa > Karusel / Gündəm / M2 / Məşhurların Taleyi > Xərçəng olan "Toppuş bacı"dan yeni xəbər - Qardaşı və qayınatası...

Xərçəng olan "Toppuş bacı"dan yeni xəbər - Qardaşı və qayınatası...


3-06-2019, 11:18. Yazar: Xeberaz
Tünzaləyə dəstək üçün ailəsi saçlarını keçəl etdi - Fotolar

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bir neçə gün əvvəl başını keçəl etdirib.

Xəbəraz.Az -ın məlumatına görə, aktrisaya dəstək üçün ailə üzvlərinin əksəriyyəti də saçlarından imtina edib. İlk əvvəl əri Royal bu addımı atıb.

Tünzalə daha sonra ailəsinin şəklini yayımlayaraq "Qayınatam, qardaşım, bacımın oğlu... Nə qədər ki, ailəcə bir-birimizin yanındayıq, çətin anlarda dəstəyik, o qədər güclü olacağıq. Allah sizi məndən əksik etməsin" sözlərini yazıb.
Geri dön