Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt > "Oğlanın birinci arvadı toy gecəsi qız çıxmayıb" - Azərbaycanda 5 ayın gəlini İNTİHAR ETDİ - Foto

"Oğlanın birinci arvadı toy gecəsi qız çıxmayıb" - Azərbaycanda 5 ayın gəlini İNTİHAR ETDİ - Foto


1-06-2019, 16:19. Yazar: xeberaz
"Oğlanın birinci arvadı toy gecəsi qız çıxmayıb" - Azərbaycanda 5 ayın gəlini İNTİHAR ETDİ - FOTO
Azərbaycanda beş ayın gəlini intihar etdi.

Xəbəraz.Az sonxeber.az-a istinadən xəbər verir ki, bu haqda ATV televiziyasında yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevə qızı Günayın intihar səbəbinin araşdırılması üçün mürəciət edən Maxruq xanım deyib.

Maxruq xanımın sözlərinə görə, qızı ailə qurub beş ayın gəlini olub:

"Qızım ailə qurandan beş ay sonra intihar edib. Hələ 18 yaşının tamam olmasına bir ay qalmış bu hadisə baş verdi. Qızım oxumağa meyilli idi. Həyat yoldaşı da bildirdi ki, o oxumağa meyillidir. Oğlangil bizə elçi gəlməmişdən öncə bir başsız qadın var idi. Oğlangilin qohumu idi. Gedib-gəlib qızımın "başını yedi", oğlan səni oxudacaq. İyunun 7-dən elçi gəldilər, avqust ayına qədər uzatdım. Sonra qızım dedi ki, "əgər verməsəniz, qoşulub qaçacağam". Oğlan da bir dəfə ailəli olub, ayrılıb. Oğlangil tərəfdə birinci gəlinin haqqında bizə demişdilər ki, guya toy gecəsi qız çıxmayıb. Hadisə baş verən gün isə çox narahat idim. Qızımın həyat yoldaşına zəng edib dedim ki, evdəsənsə Mahirəylə danışım. Oda dedi ki, "yox, rayona müştəri aparmışam. On dəqiqəyə evə çatım, danışdıraram". Yenə ürəyim dözmədi qayınanasına zəng vurdum. Oda dedi ki, axşam danışmışam, hər şey yaxşıdır. Telefonu söndürən kimi, kürəkənim zəng vurub dedi ki, Mahirə özünü asıb. Üstündən 1o dəqiqə keçmişdi oğlum qaç-qaça evə gəlib dedi ki, "Vidadi əmi zəng eləmişdi, Mahirəyə nəsə olub, tez gəlin". Qızımgilə çatanda, gördüm ki, polislər Təcili Tibbi Yardımla qızımı xəstəxanaya aparırlar. Nə qədər istədim balamın meyitini görüm, heç kim mənə heç nə demədi, göstərmədilər. Hətta biz xəstəxanaya çatandan sonra qızımın qayınanası, qayınatası gəldilər. Heç həyat yoldaşı yox idi orada. Bizə də maraqlıdır, qızım necə özünü asıb ki, tavandan torpaq qopmayıb, asdığı dəmir əyilməyib".
"Oğlanın birinci arvadı toy gecəsi qız çıxmayıb" - Azərbaycanda 5 ayın gəlini İNTİHAR ETDİ - FOTO
"Oğlanın birinci arvadı toy gecəsi qız çıxmayıb" - Azərbaycanda 5 ayın gəlini İNTİHAR ETDİ - FOTO
"Oğlanın birinci arvadı toy gecəsi qız çıxmayıb" - Azərbaycanda 5 ayın gəlini İNTİHAR ETDİ - FOTO


Geri dön