Ana Sayfa > Karusel / Gündəm / Təhsil > İş axtaran müəllimlərin sənəd qəbulunun vaxtı açıqlandı

İş axtaran müəllimlərin sənəd qəbulunun vaxtı açıqlandı


31-05-2019, 12:49. Yazar: Xeberaz
"Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq".
Xəbəraz.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib.

Müəllimlərdən sənəd qəbulu 10 gün davam edəcək. Proses 24 iyun - 26 avqust tarixlərini əhatə edəcək.
Murad Camalzadə deyib ki, müsabiqəyə qəbul 4 mərhələdə aparılacaq: elektron sənəd qəbulu, test müsabiqəsi, vakant yer seçimi və müsahibə mərhələləri.


Geri dön