Ana Sayfa > Karusel / Gündəm > Mehriban Əliyeva Ramiz Əzizbəyliyə avtomobil hədiyyə etdi - Foto

Mehriban Əliyeva Ramiz Əzizbəyliyə avtomobil hədiyyə etdi - Foto


31-05-2019, 12:36. Yazar: Xeberaz

Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.
Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.
Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. 

Geri dön