Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm / M2 > Bakıda 4 ayda əhaliyə 6 milyard manatlıq məhsul satılıb: ərzaq, içki, tütün...

Bakıda 4 ayda əhaliyə 6 milyard manatlıq məhsul satılıb: ərzaq, içki, tütün...


30-05-2019, 09:50. Yazar: xeber
2019-cu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 6 milyard 357,1 milyon manat olub.
Xəbəraz.Az bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2 milyard 812,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 3 milyard 545,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Geri dön