Ana Sayfa > Karusel / Gündəm > Bakı-Sabunçu elektrik qatarları 3 gün işləməyəcək – AÇIQLAMA

Bakı-Sabunçu elektrik qatarları 3 gün işləməyəcək – AÇIQLAMA


30-05-2019, 09:44. Yazar: xeber
Bu gün Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək. Bu barədə “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
 
S.Qədirova qeyd edib ki, təmirlə əlaqədar olaraq 31 may, 1, 2 iyun 2019-cu il tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır:
“İyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək”.
Geri dön