Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Toyota Prado” AŞDI - Ana öldü, oğlu yaralandı

“Toyota Prado” AŞDI - Ana öldü, oğlu yaralandı


29-05-2019, 16:09. Yazar: Xeberaz



Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.


Xəbəraz.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində keçən hissəsində qeydə alınıb. "Toyota Prado” markalı, 10 UD 440 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.


Nəticədə avtomobildə olan qadın - Hüseynova Afət Ələddin qızı dünyasını dəyişib. Ölən qadının oğlu isə yüngül xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır. 



Geri dön