Ana Sayfa > Karusel / Siyasət / Gündəm > MM-də qalmaqallı açıqlama: "Qarabağı azad etsəniz, işğalçı olacaqsınız"

MM-də qalmaqallı açıqlama: "Qarabağı azad etsəniz, işğalçı olacaqsınız"


29-05-2019, 15:44. Yazar: Xeberaz
MM-də qalmaqallı açıqlama:"Qarabağı azad etsəniz, işğalçı olacaqsınız"
Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.
O, Milli Məclisdə (MM) keçirilən "Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini "qarışıq məsələ” adlandırıb.
Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:
"Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”


Geri dön