Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > İŞİD Türkiyəyə hücum etdi - 1 şəhid, 3 yaralı var / YENİLƏNİB

İŞİD Türkiyəyə hücum etdi - 1 şəhid, 3 yaralı var / YENİLƏNİB


24-07-2015, 10:12. Yazar: Xeberaz
İŞİD Türkiyəyə hücum etdi - 1 şəhid, 3 yaralı var / YENİLƏNİB

Türkiyə-Suriyasərhədində, Kilis vilayəti ərazisində İŞİD terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.
Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada İŞİD-in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup İŞİD üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 İŞİD-çinin öldürüldüyü xəbər verilir.

Bölgəyə əlavə qüvvələr göndərilib. //APA
Geri dön