Ana Sayfa > Karusel / Gündəm / İbadət > Ramazan ayının 24-cü gününün DUASI

Ramazan ayının 24-cü gününün DUASI


29-05-2019, 10:17. Yazar: xeber
Bu gün müqəddəs Ramazan (Orucluq) ayının 24-cü günüdür. Xəbəraz.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 29-da iftar saat 20:18-də açılacaq.

Ramazan ayının 24-cü gününün duası:

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin". 

Tərcüməsi:

"İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!" 
Geri dön