Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Dünya > Saakaşviliyə Ukrayna vətəndaşlığı qaytarıldı

Saakaşviliyə Ukrayna vətəndaşlığı qaytarıldı


28-05-2019, 19:36. Yazar: Xeberaz
Ukrayna prezidenti Vladimir Zelenski Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə ölkə vətəndaşlığını qaytarıb.
 
Bu barədə məlumat Ukrayna dövlət başçısının saytında yerləşdirilib.
“Sağ olun, prezident Zelenski! Ukraynaya eşq olsun!” – Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
 
 
Xatırladaq ki, mayın 22-də Saakaşvili Zelenskiyə məktub ünvanlayaraq, ona Ukrayna vətəndaşlığının qaytarılmasını xahiş etmişdi.
Geri dön