Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda dəhşətli qəza: ata və azyaşlı oğlu ölüb

Bakıda dəhşətli qəza: ata və azyaşlı oğlu ölüb


28-05-2019, 19:04. Yazar: xeber
Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ziya Bünyadov prospektində "Mitsibushi Picup" və BMW markalı avtomobillər toqquşub.
Zərbənin gücündən "BMW" işıq dirəklərinə çırpılıb. Qəza nəticəsində BMW-nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Geri dön