Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Motosiklet yük maşınına çırpıldı: ata öldü, oğlu yaralandı

Motosiklet yük maşınına çırpıldı: ata öldü, oğlu yaralandı


27-05-2019, 14:14. Yazar: xeber
Bakıda  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbəraz.Az-a verilən məlumata görə, mayın 26-da Xətai rayonunun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi “Zontes” markalı motosikleti yolun kənarında dayanmış “Foton” markalı yük avtomobilinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Geri dön