Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Daha bir ana ölümü...

Daha bir ana ölümü...


25-05-2019, 14:14. Yazar: xeber
Ötən gün Bakıda doğuş zamanı növbəti ölüm faktı qeydə alınıb.
Xəbəraz.Az xəbər verir ki, bu haqda Pirallahı rayon hüquq mühafizə orqanlarından məlumat verilib.
Belə ki, mayın 24-də 11:00 radələrində 10 saylı şəhər kliniki xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı 34 yaşlı Qala sakini Əsgərova Samirə Yusif qızı dünyasını dəyişib.
Qadının qan itkisindən vəfat etdiyi deyilir. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2018-ci il ərzində ölkədə doğuş zamanı 17 qadın vəfat edib. 2017-ci ildə isə ölüm sayı 21 olub.
Geri dön