Ana Sayfa > Karusel / Hadisə / M2 > Binəqədidəki kafedə meyit tapıldı - Zorakılıqla öldürülüb

Binəqədidəki kafedə meyit tapıldı - Zorakılıqla öldürülüb


25-05-2019, 13:59. Yazar: Xeberaz
Binəqədidəki kafedə meyit tapıldıBinəqədi rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. 
Məlumata görə, ilkin araşdırma zamanı həmin şəxsin 1972-ci il təvəllüdlü Naxçıvan MR, Şərur rayonu, Danzik kənd sakini Sadıqov Zahid Yaqub oğlu olduğu müəyyənləşib. Onun Binəqədi rayonu, Ə.Nəvai küçəsində yerləşən 9 saylı yataqxananın qarşısındakı kafedə tapılmış meyitinin üzərində zorakı xəsarətlər müşahidə olunub.
Məlumat əsasında hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) ETT Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön