Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Bəstəkar və nazir oğulları müavin oldu- Beynəlxalq Bankda

Bəstəkar və nazir oğulları müavin oldu- Beynəlxalq Bankda


22-07-2015, 19:47. Yazar: Xeberaz
Bəstəkar və nazir oğulları müavin oldu- Beynəlxalq Bankda

Xəbər veridyimiz kimi, bu gün keçirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.


Xeberaz.az APA-ya istinadən xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov təyin olunub. O, bu vəzifəni 4 il icra edəcək.

Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov İdarə Heyəti sədrinin yeni müavinləri təyin edilib.

Qeyd edək ki, M. Şirəliyev səhiyyə naziri Oqtay Şirəliyevin oğludur. O, bunadək "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Ü. Mansurov isə bəstəkar Eldar Mansurovun oğludur. Onun bank sektorunda sonuncu iş yeri "Bank Technique"nin İdarə Heyətinin sədri vəzifəsi olub.
Geri dön