Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda gənc onuncu mərtəbədən yerə düşdü - Atıldığı iddia olunur

Bakıda gənc onuncu mərtəbədən yerə düşdü - Atıldığı iddia olunur


22-05-2019, 12:49. Yazar: xeber

Bakıda 17 yaşlı oğlan intihar edib.
Hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 
Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib. 
Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.
Faktla bağlı araşdırma aparılır.
(Oxu.az)
Geri dön