Ana Sayfa > Karusel / Şou-Biznes > Elnurun geyimi tənqid olundu

Elnurun geyimi tənqid olundu


22-05-2019, 12:44. Yazar: xeber

Müğənni Elnur Məmmədov yeni klipindən görüntüləri sosial şəbəkədə paylaşıb.
Sənətçinin ekran işində geyindiyi, bayrağımızın rənglərini özündə əks etdirən kostyumu birmənalı qarşılanmayıb.
Belə ki, istifadəçilər “Bayrağımıza bunu etməyə haqqları yoxdur”, “Bayrağın hər hansı hissəsinin üstündə oturmaq, onu tapdalamaq kimidir”, “Bayrağımız bu qədər ucuz, bu qədər əlçatan olmamalıdır” kimi rəylər yazıblar.
Elnur isə tənqidlərə cavab verməyib.
Geri dön