Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > "Eurovision 2019" mahnı müsabiqəsinin finalı olacaq

"Eurovision 2019" mahnı müsabiqəsinin finalı olacaq


18-05-2019, 13:53. Yazar: xeber
Bu gün final olacaq...

Bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin finalı olacaq.
İsrailin paytaxtı Tel-Əvivdə Expo Mərkəzdə finala keçən ölkələrin təmsilçiləri səhnəyə çıxaraq bir daha mahnılarını səsləndirəcəklər.
26 ölkənin finalçısının yer aldığı gecədə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta, Azərbaycan, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri səhnəyə çıxacaq.
Təmsilçilərdən başqa finalda dünya ulduzu Madonna da mahnı oxuyacaq. Bunun üçün 1,5 milyon dollar alan müğənni cəmi 1 mahnı səsləndirəcək.
64-cü "Eurovision" yarışmasında ölkəmizi təmsil edən Çingiz Mustafayev 20-ci nömrə altında "Truth" mahnısını ifa edəcək.
Qeyd edək ki, final saat 23:00-da İTV-də bəstəkar-müğənni Murad Arifin şərhi ilə canlı yayımlanacaq. Azərbaycan tərəfdən səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.



Geri dön