Ana Sayfa > Karusel / Gündəm / M2 / Texnologiya > "WhatsApp" istifadəçiləri təhlükədə - Hətta getdiyiniz yeri belə görə bilirlər

"WhatsApp" istifadəçiləri təhlükədə - Hətta getdiyiniz yeri belə görə bilirlər


17-05-2019, 11:50. Yazar: Xeberaz


Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" hak olunub.
Bu barədə məlumatı "The Financial Times" nəşri yayıb. Məlumata görə, hakerlər ələ keçirdiyi "WhatsApp" vasitəsi ilə istifadəçilərə aid bütün məlumatları əldə ediblər.
1.5 milyondan çox istifadəçisi olan "WhatsApp"a edilən kiberhücum sayəsində minlərlə insana aid özəl məlumatlar oğurlanıb.
Bu hadisə may ayının əvvəlində baş verib. Hətta istifadəçilərin GPS məlumatları və şəxsi mesajları da ələ keçirilib.
İstifadəçilər naməlum nömrədən gələn "WhatsApp" zənginə cavab verməklə özləri də bilmədən bu "virus"u telefonlarına qəbul ediblər.
İddialara görə casus funksiyalı tətbiqetmə İsrailli xakerlər tərəfindən təkmilləşdirilib. Lakin İsrailin "NSO Group" adlı təhlükəsizlik şirkəti deyilənləri təkzib edib.

Geri dön