Ana Sayfa > Karusel / Gündəm / İdman > “Arsenal” Mxitaryanı Bakıya gətirməyəcək

“Arsenal” Mxitaryanı Bakıya gətirməyəcək


17-05-2019, 11:29. Yazar: Xeberaz

İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak etməyəcək.
30 yaşlı yarımmüdafiəçi “Çelsi” ilə mayın 29-da keçiriləcək matça gətirilən heyətdə olmayacaq.
Futbolçunun Londonda qalması klub rəhbərliyinin təhlükəsizliklə bağlı düşüncələri ilə bağlıdır. İngiltərəlilər H.Mxitaryanın Azərbaycana gəlməsi ətrafında yaranacaq səs-küyün həlledici matçda komandaya mənfi təsir edə biləcəyindən ehtiyatlanır.
Qeyd edək ki, H.Mxitaryan Dortmund “Borussiya”sında çıxış etdiyi vaxt “Qəbələ”, “Arsenal”ın heyətində isə “Qarabağ”la Bakıda keçirilən görüşlərə də gəlməyib.
Geri dön